satellite   Azerspace-1: 11135 H 30000

Odessada yaşayış binasına dron hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Odessada yaşayış binasına dron hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Martın 2-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Odessa şəhərinə kamikadze dronu hücumu zamanı yaşayış binasının vurulması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Odessa vilayət Hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

O, özünün teleqram səhifəsində yazıb: “Qadın cəsədinin yanında daha bir ölü körpənin meyiti tapıldı. Uşağın bir yaşı da yoxdur”.

Kiper vurğulayıb ki, xilasedicilər axtarış işlərini davam etdirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM