satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN rəhbəri Rusiya və Ukraynaya sülhlə bağlı çağırış edib

Türkiyə XİN rəhbəri Rusiya və Ukraynaya sülhlə bağlı çağırış edib

Rusiya və Ukrayna qarşıdurmada hərbi imkanların həddinə çatıb, ona görə də sülhlə bağlı dialoqa başlamaq lazımdır.

Naxçıvan televiziyası  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddinə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtı çatıb”, - o deyib.

Fidan əlavə edib ki, Türkiyə işğal olunmuş ərazilərin tanınmasından danışmır, lakin indiki mərhələdə Türkiyə əmindir ki, bu məsələni və suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM