satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova Nulandın istefa qərarına münasibət bildirib

Zaxarova Nulandın istefa qərarına münasibət bildirib

Viktoriya Nuland Bayden administrasiyasının anti-Rusiya kursunun uğursuzluğu səbəbindən istefa vermək qərarına gəlib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsindən gedəcəyi ilə bağlı məlumata münasibət bildirərkən deyib.

"Səbəbini sizə deməyəcəklər. Amma bu, sadədir - Bayden administrasiyasının anti-Rusiya kursunun uğursuzluğu. Viktoriya Nulandın ABŞ-nin əsas xarici siyasət konsepsiyası kimi təklif etdiyi rusofobiya demokratları daşla dibə sürükləyir. Nə olursa-olsun, bu, onların ondan qopmasına imkan vermir”, – deyə Zaxarova Telegram kanalında yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM