satellite   Azerspace-1: 11135 H 30000

Fransanın dəniz piyadaları Seneqalı tərk etməyə başlayıb

Fransanın dəniz piyadaları Seneqalı tərk etməyə başlayıb

Fransa Silahlı Qüvvələri dəniz piyadalarını Seneqaldan çıxarmağa başlayıb.

Naxçıvan televiziyası Seneweb portalına istinadla xəbər verir ki, dəniz piyadalarının ölkədən çıxarılması prosesi iyunun sonundan gec olmayaraq başa çatacaq. Beləliklə, Fransanın Seneqaldakı hərbi kontingentinin sayı 500 əsgərdən 260-a enəcək.

Nəşrin məlumatına görə, Seneqalda qalan fransalı hərbçilər yerli əsgərlərin təlimi ilə məşğul olacaqlar.

2022-ci ildə Fransa prezidenti Emmanuel Makron Qərbi Afrikanın Sahel regionunda on il əvvəl başladılan “Barxan” əməliyyatının başa çatdığını elan edib. O, eyni zamanda, Fransanın hərbi mövcudluğunu saxlamaqla, bölgədəki hərbi hissələrdə islahatların başlayacağını bildirib.

Xatırladaq ki, Mali və Niger hakimiyyətinin tələbi ilə həmin ölkələrin ərazisində yerləşən fransız qoşunları tamamilə çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM