satellite   Azerspace-1: 11135 H 30000

Nigeriyada silahlı şəxslər 100-dən çox qadını qaçırıblar

Nigeriyada silahlı şəxslər 100-dən çox qadını qaçırıblar

Nigeriyanın şimal-şərqində "Boko Haram" qruplaşmasının silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BBC yerli sakin Qambora Nqalaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, terrorçular 117 qadını əsir aparıblar.

Bir gün əvvəl "Agence France-Presse" 47 qadın oğurlandığını bildirmişdi.

Hazırda oğurlanmış şəxslərin axtarışı davam etdirilir.

Nigeriyada ən böyük adam oğurluğu 2014-cü ildə baş verib, həmin vaxt silahlılar Çibok şəhərindəki yataqxanada yaşayan 270-dən çox məktəbli qız oğurlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM