satellite   Azerspace-1: 11135 H 30000

ABŞ institutu: Ermənistan Rusiya ilə ikitərəfli əməkdaşlığını azaltmağa çalışır

ABŞ institutu: Ermənistan Rusiya ilə ikitərəfli əməkdaşlığını azaltmağa çalışır

Ermənistan Rusiya ilə ikitərəfli təhlükəsizlik əməkdaşlığını azaltmağa çalışır.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Bildirilib ki, rəsmi İrəvan bunun üçün müəyyən tədbirlər görür.

Qeyd olunub ki, bu, həm ikitərəfli münasibətlərdə, həm də Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) özünü göstərir.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. O, həmçinin KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb.

Qeyd edək ki, ABŞ institutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq N.Paşinyana baha başa gələ bilər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM