satellite   Azerspace-1: 11135 H 30000

Avstraliyanın sabiq müdafiə nazirinin oğlu paraşütlə tullanarkən həlak olub

Avstraliyanın sabiq müdafiə nazirinin oğlu paraşütlə tullanarkən həlak olub

Avstraliyalı hərbçi Sidneydəki hərbi bazada paraşütlə tullanan zaman aldığı xəsarətlər nəticəsində ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Sidneydən 50 kilometr şimal-qərbdə, Riçmond şəhəri yaxınlığındakı hərbi bazada baş verib. Hərbçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həlak olan hərbi qulluqçunun ölkənin sabiq müdafiə naziri Coel Fitsqibbonun oğlu Lens Cek Fitsqibbon olduğu bildirilir.

Nazirliyin Xüsusi Əməliyyatlar Komandanlığı hadisədən sonra hərbi bazada təlimlərin dayandırıldığını bildirib. İnsidentlə bağlı təhqiqat başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM