satellite   Azerspace-1: 11135 H 30000

İndoneziya və Filippində 6 maqnitudalı zəlzələ olub

İndoneziya və Filippində 6 maqnitudalı zəlzələ olub

İndoneziya və Filippin sahilləri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların mərkəzi Filippinin Mindanar adasında yerləşən 105 min əhalisi olan Mati şəhərindən 146 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 125 km dərinlikdə yerləşib.

İtkilər, xəsarət alanlar və dağıntılar barədə informasiya yayılmayıb. Sunami təhlükəsi elan edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM