satellite   Azerspace-1: 11135 H 30000

Asif Əli Zərdari Pakistan prezidenti seçilib

Asif Əli Zərdari Pakistan prezidenti seçilib

Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Seçki Komissiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, Zərdari prezident seçkilərində seçicilər kollegiyasının 411 səsini toplayıb. Onun rəqibi Mahmud Xan Açakzai 181 səs toplayıb.

Prezident seçkiləri martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkilərindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM