satellite   Azerspace-1: 11135 H 30000

ABŞ ordusu Haitidəki səfirlik əməkdaşlarını təxliyə edib

ABŞ ordusu Haitidəki səfirlik əməkdaşlarını təxliyə edib

ABŞ ordusu, davam edən fövqəladə vəziyyət səbəbindən Haitidəki Amerika səfirliyinin bəzi personalını hava yolu ilə təxliyə edib və diplomatik korpusda təhlükəsizliyi gücləndirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Reuters” ABŞ Cənub Komandanlığının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, səfirlik əməkdaşlarının təxliyə edildiyi hərbi təyyarənin göyərtəsində Haiti vətəndaşı olmayıb.

Bəyanatda bildirilib ki, ABŞ-ın Haitidəki səfirliyi Vaşinqtonun Haiti xalqına və ölkənin milli polisinə dəstək və azad seçkilərin keçirilməsinə şərait yaratmaq səylərini inkişaf etdirməyə sadiqdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM