satellite   Azerspace-1: 11135 H 30000

Çexiya təmsilçisi “Dünya gözəli” müsabiqəsinin qalibi olub

Çexiya təmsilçisi “Dünya gözəli” müsabiqəsinin qalibi olub

“Dünya gözəli” müsabiqəsinin qalibi Çexiya təmsilçisi Kristina Pışkova olub.

Naxçıvan televiziyası xarici mediaya istinadla xəbər verir ki, yarışın finalı Hindistanın Mumbay şəhərində baş tutub.

İkinci yerə livanlı Yasmina Zaitoun layiq görülüb.

Yarışda iştirak edən 112 iştirakçı arasında Rusiyanı təmsil edən olmayıb.

Qeyd edək ki, “Dünya gözəlli” müsabiqəsinin finalları 28 illik fasilədən sonra Hindistana qayıdıb. Bu ölkə təmsilçisi ilk 8 finalçı sırasına daxil olub. Əvvəllər Hindistandan olan qızlar altı dəfə müsabiqənin qalibi olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM