satellite   Azerspace-1: 11135 H 30000

Ermənistandakı Aİ missiyasının üzvləri avtomobil qəzasına düşüb

Ermənistandakı Aİ missiyasının üzvləri avtomobil qəzasına düşüb

Ermənistandakı Avropa İttifaqı (Aİ) müşahidə missiyasının üzvləri Sünik vilayətində (Zəngəzur) avtomobil qəzasına düşüb.

Naxçıvan televiziyası “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə martın 11-də səhər saatlarında Tatev-Lsen avtomobil yolunun 13-cü km-liyində olub.

Bildirilib ki, Avropa İttifaqı missiyasının üzvləri “Nissan Pathfinder” markalı maşını hərəkətin əksi istiqamətində sürüb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan və ölən yoxdur.

İnformasiyaya əsasən, avtomobili idarə edən Avstriya, sərnişinlər və müşahidəçilər isə Polşa vətəndaşlarıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM