satellite   Azerspace-1: 11135 H 30000

Fransa genişmiqyaslı kiberhücuma uğrayıb

Fransa genişmiqyaslı kiberhücuma uğrayıb

Fransanın bir çox dövlət qurumlarının onlayn resursları güclü kiberhücuma məruz qalıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən BFMTV kanalı məlumat yayıb.

Bildirilib ki, hücum bazar günü axşam başlayıb. Hazırda hakerlərin əməllərindən dəyən ziyan minimuma endirilib, dövlətin informasiya resurslarına çıxışı bərpa edilib.

Telekanalın məlumatına görə, dövlət qurumları DDoS hücumuna məruz qalıb ki, bu zaman internet resursuna çoxsaylı girişlər onun həddən artıq yüklənməsinə səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM