satellite   Azerspace-1: 11135 H 30000

Korsikanın muxtariyyəti ilə bağlı sənəd hazırlanıb

Korsikanın muxtariyyəti ilə bağlı sənəd hazırlanıb

Korsikanın yerli hökuməti adanın gələcəyinə dair qanun layihəsini müzakirə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Darmanin bildirib. Nazir qeyd edib ki, qanun layihəsində adanın Fransa daxilində muxtariyyəti tanınır. Layihə növbəti mərhələdə müzakirə üçün Korsika Milli Assambleyasına təqdim edilməlidir.

Bununla belə, nazir bildirib ki, layihədə heç bir halda adanın Fransadan ayrılmasından söhbət getmir. Sənəddə “Korsika xalqı” deyil, “mədəni icma” termini yer alır.

Qanun Korsikanın yerli parlamentində qəbul edildikdən sonra Fransa parlamentinin hər 2 palatasında təsdiq olunmalıdır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM