satellite   Azerspace-1: 11135 H 30000

İrəvanda nəqliyyatda gediş haqqının qalxmasına etiraz olaraq aksiya keçirilir

İrəvanda nəqliyyatda gediş haqqının qalxmasına etiraz olaraq aksiya keçirilir

Ermənistanın paytaxtı İrəvanda Bələdiyyə Şurasının binası qarşısında etiraz aksiyası keçirilir.

Naxçıvan televiziyası Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu gün qurum mərkəzi şəhərdə ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsini müzakirə edəcək.

Aksiya iştirakçıları buna etirazlarını bildiriblər. İrəvanın keçmiş meri Ayk Marutyan deyib ki, qiymətlərin bahalaşması tamamilə qanunsuzdur. O, Bələdiyyə Şurasının binasına daxil olmaq istəsə də polis buna imkan verməyib.

Qurumdan isə bildirilib ki, yeni qaydalara görə, vətəndaşlar istənilən paketi almaqla İrəvanda bütün növ ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Tələbələr və ya əhalinin xüsusi qrupları endirimli qiymətlərdən yararlanacaqlar. Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM