satellite   Azerspace-1: 11135 H 30000

Çinin şimalında qədim buddist məbədi aşkarlanıb

Çinin şimalında qədim buddist məbədi aşkarlanıb

Çinin şimalında yerləşən Şansi əyalətində Şimali Vey sülaləsinə (386-534-cü illər) aid buddist məbədi tapılıb.

Naxçıvan televiziyası Sinxua agentliyinə istinadla xəbər verir ki, Şansi arxeologiya institutunun açıqlamasına görə, kral məbədi olduğu güman edilən qədim abidə Şimali Vey sülaləsinin saray xarabalıqlarından təxminən 300 metr məsafədə aşkarlanıb.

Tədqiqatçılar məbədin mərkəzində mirvari və mis üzüklərin olduğu kvadrat çuxur tapıblar. Eyni zamanda, içəridə bəziləri rənglənmiş, bəziləri isə qızıl ilə bəzədilmiş 200-dən çox buddist heykəli olub. Məbədin divarının rəsmlərlə boyandığı güman edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM