satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın baş naziri: Azərbaycanla delimitasiya Tavuş vilayətindən başlayacaq

Ermənistanın baş naziri: Azərbaycanla delimitasiya Tavuş vilayətindən başlayacaq

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O, yaxın günlərdə Tavuşa gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini də qeyd edib.

N.Paşinyan deyib ki, delimitasiyaya başlamaq üçün vəziyyət bütövlükdə təhlil olunmalıdır: “Danışıqların gedişindən ərazi mübadiləsi edə biləcəyimiz təəssüratı yaranıb. Mənə elə gəlir ki, belə ehtimal çox azdır“.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM