satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Rusiya ilə dialoqun perspektivini görmür

Zelenski Rusiya ilə dialoqun perspektivini görmür

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə dialoq formatının perspektivini görmür.

Naxçıvan televiziyası xəbər verir ki, Volodimir Zelenski “Le Monde” və BFM TV-yə müsahibəsində Rusiyanın artıq Odessa limanında Ukrayna ilə həyata keçirmək istədiyi “dialoq formatı”nı nümayiş etdirdiyini söyləyib.

Ukrayna Prezidenti vurğulayıb ki, əgər fasilə olarsa, bu, Rusiyaya hazırlaşmaq imkanı verəcək və növbəti “Minsk” formatı olacaq.

“Bu dəfə Rusiya Ukraynanın tam işğalı ilə gələcək, lakin Putin daha əvvəldə etdiyi səhvləri etməyəcək”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, təkcə “Normand” formatında deyil, Minsk prosesində müxtəlif səviyyələrdə 200-ə yaxın danışıqlar olub. “Bu fasilə Putin üçün oksigen kimidir. Bu pauza sülh danışıqları deyil, nəfəs almaqdır” - deyə Ukrayna Prezidenti vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM