satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: İmperialistlərin xain oyunlarını pozmuşuq

Ərdoğan: İmperialistlərin xain oyunlarını pozmuşuq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imperialistlərin xain oyunlarını pozduqlarını bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, Prezident bu barədə Şırnak şəhərindəki mitinqdə çıxışı zamanı danışıb.

O bildirib ki, separatçı terror təşkilatları Türkiyədə qeyri-sabit mühit üçün yaradılmış bir vasitədir.

“İmperialistlərin xain oyunlarını pozmuşuq. Son 21 ildə bu cəhdlərin qarşısını aldıq. İndi də cənub sərhədlərimiz boyunca yaratdığımız təhlükəsizlik dəhlizi ilə ölkəmizə sıçraya biləcək atəşə sədd çəkirik, imperialistlər və onların maşaları ilə aramıza məsafə qoyuruq”, - Ərdoğan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM