satellite   Azerspace-1: 11135 H 30000

İsrail həbsxanalarından 600-dən çox fələstinli məhbus azad ediləcək

İsrail həbsxanalarından 600-dən çox fələstinli məhbus azad ediləcək

Fevralın 22-də Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində ən azı 602 fələstinli məhbus, o cümlədən ömürlük həbs cəzasına məhkum edilmiş 50 nəfər İsrail həbsxanalarından azad ediləcək.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın məhbuslarla iş üzrə İdarəsi məlumat yayıb.

“İsraillə razılaşmanın bir hissəsi olaraq fevralın 22-də ömürlük həbsə məhkum edilmiş 50 nəfər, uzun müddətə azadlıqdan məhrum edilmiş 60 nəfər, təkrar həbs edilmiş 47 nəfər və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılmış 445 Qəzza sakini azad ediləcək”, - ofisin “Telegram” kanalında dərc olunmuş bəyanatda bildirilib.

Bu gün səhər saatlarında HƏMAS-ın şənbə günü azad ediləcək altı israilli girovun adlarını dərc etdiyi bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM