Arxeoloqlar Homo sapiensə aid 80 min illik daş bıçaqlar aşkar ediblər

Arxeoloqlar Homo sapiensə aid 80 min illik daş bıçaqlar aşkar ediblər

Arxeoloqlar Ərəbistan yarımadasında Homo sapiensə aid 80 min illik Homo sapiens daş bıçaqlar aşkar ediblər.

NUHÇIXAN “Heritage Daily” nəşrinə istinadla xəbər verir ki, Fridrix Şiller Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupu Ərəbistan yarımadasında sistematik daş bıçaq istehsalının ən qədim sübutunu təmsil edən və Homo sapiens tərəfindən istifadə olunan 80 min illik daş bıçaqlar aşkar edib.

Bu tapıntıların təfərrüatlarını əks etdirən tədqiqat məqaləsi “Archaeological and Anthropological Science” jurnalında dərc olunub.

Məqalədə qeyd olunub: “Nəticələrimiz göstərir ki, Cənubi Ərəbistan Cənub-Qərbi Asiyada Homo sapiens populyasiyalarının qurulmasında və mədəni şaxələndirilməsində yarımadanın şimalından tamamilə fərqli rol oynayıb. Bu kəşf Ərəbistanda insanların məskunlaşma tarixi və Homo sapiensin Afrikadan kənara köçməsində istifadə etdiyi mümkün marşrutlar haqqında yeni anlayışlar təqdim edir.

Tapıntının olduğu Cəbəl Faya Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Madam şəhəri yaxınlığında yerləşən və 210.000 ilə 10.000 il əvvələ qədər olan paleolitdən Tunc dövrünə qədər insan köçünün sübutlarını ortaya qoyan arxeoloji ərazidir. Burada beş metrə qədər dərinliyə çatan genişmiqyaslı qazıntılar zamanı paleolit, neolit və tunc dövrlərinə aid alətlər tapılıb. Bu tapıntıların təxminən 80.000 il əvvələ aid olduğu bildirilir.

Əvvəlki tədqiqatlar göstərib ki, insanlar 200.000 ildən artıqdır ki, bu bölgədə yaşayırlar. Davamlı tədqiqatlar aparan arxeoloqlar bölgənin tarixinə və insanın dəyişən iqlim şəraitinə uyğunlaşmasına imkan verən mexanizmlərə daha çox işıq salacaq əlavə dəlillər üzə çıxarmağa ümid edirlər.

Məqalədə bildirilir ki, həmin dövrdə Ərəbistan daimi çayların və göl birləşmələrinin mövcudluğu ilə xarakterizə olunurdu ki, bu da ərazilərdə insanların məskunlaşmasını asanlaşdırıb. Bu əlverişli şərait bütün Ərəbistan yarımadasında daş alət istehsalında oxşar ənənələrin yaranmasına səbəb olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM