satellite   Azerspace-1: 11135 H 30000

Avropanın Ayda kəşfiyyat planları dəyişə bilər

Avropanın Ayda kəşfiyyat planları dəyişə bilər

ABŞ “Artemis” layihəsinə yenidən baxdığı üçün Avropanın Ay planları dəyişə bilər.

Naxçıvan televiziyası xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın komandası NASA-nın “Artemis” layihəsini yenidən nəzərdən keçirərkən Avropanın Ayı tədqiq etmək planları təhlükə altına düşə bilər.

“Avropa Kosmik Agentliyi Donald Trampın Ay ambisiyalarının əksəriyyəti üçün vasitə olan “Artemis” layihəsinin əsas elementlərinin mümkün ləğvinə hazırlaşır”, - deyə məlumatda bildirilir.

NASA isə öz növbəsində beynəlxalq tərəfdaşlığın “Artemis” kampaniyasının mühüm hissəsi olaraq qaldığını vurğulayıb.

Nəşr qeyd edir ki, məsələ ətrafında narahatlıq amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin NASA-nın xərcləri, o cümlədən təxminən 100 milyard dollarlıq “Artemis” proqramı ilə bağlı araşdırmaları fonunda yaranıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM