satellite   Azerspace-1: 11135 H 30000

İran XİN: Putinin Tehrana səfərinə hazırlıq gedir

İran XİN: Putinin Tehrana səfərinə hazırlıq gedir

Rusiya prezidenti Vladimir Putinin İrana səfərinin vaxtı hələ razılaşdırılmayıb.

NTV Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Vaxt hələ razılaşdırılmayıb", - o qeyd edib.

Onun sözlərinə görə, Moskva Tehranla əməkdaşlığı yüksək qiymətləndirir: "Bu ölkə ilə tərəfdaşlıq münasibətlərini və müxtəlif sahələrdə əlaqələrimizin inkişaf səviyyəsini yüksək qiymətləndiririk".

12:19

Tehran və Moskva Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinə hazırlıq görürlər.

NTV TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Rusiya Prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin uzunmüddətli inkişaf planında yer alır. Hazırlıqlar, münasib vaxtda baş tutacaq səfərin təşkili ilə bağlı Rusiya tərəfi ilə məsləhətləşmələr aparırıq", - diplomat jurnalistlərə bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM