satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan dünya birliyini Trampdan nümunə götürməyə çağırıb

Ərdoğan dünya birliyini Trampdan nümunə götürməyə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin rəhbəri Donald Trampın Suriyadan sanksiyaları götürməklə bağlı qərarını alqışlayıb və digər ölkələri Birləşmiş Ştatların nümunəsini izləməyə çağırıb.

NTV-nin məlumatına görə, bu barədə Türkiyə Prezidenti dəftərxanasının onun videokonfrans rejimində qoşulduğu Ər-Riyaddakı dördtərəfli danışıqların yekunlarına dair bəyanatında deyilir.

"Türkiyə Prezident qeyd edib ki, Trampın Suriyaya qarşı sanksiyaların ləğvi barədə qərarı tarixi əhəmiyyət daşıyır. O, əminliyini ifadə edib ki, bu qərar Suriyaya qarşı hələ də sanksiyalar tətbiq edən digər ölkələr üçün nümunə olacaq, müxtəlif sahələrdə yeni investisiya imkanları yaradacaq", - bəyanatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM