satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Misir iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Misir iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində Azərbaycan və Misir arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. 

 NTV  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O, qeyd edib ki, Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşatla keçirilən görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə ticarət, investisiya, enerji, kiçik və orta biznes, sənaye, infrastruktur və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin təşviqi imkanları dəyərləndirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM