satellite   Azerspace-1: 11135 H 30000

Tezliklə ChatGPT internetdə alış-veriş edə və “PowerPoint” təqdimatları yarada biləcək

Tezliklə ChatGPT internetdə alış-veriş edə və “PowerPoint” təqdimatları yarada biləcək

“OpenAI” şirkəti özünün ChatGPT platforması üçün yeni funksiya istifadəyə verib. Bu funksiya çatbotun onlayn alış-veriş və təqdimatların qaralama variantlarını hazırlamaq kimi mürəkkəb tapşırıqları yerinə yetirməsinə imkan yaradır.

NTV xarici mediaya istinadla xəbər verir ki, “ChatGPT agent” adlanan bu funksiya birbaşa yayımlanan tədbir zamanı təqdim olunub və hazırda Pro, Plus və Team abunəçiləri üçün əlçatandır.

“OpenAI” artıq bu yay korporativ və təhsil sahəsindəki müştərilər üçün də bu funksiyanın əlçatan olacağını planlaşdırır.

Bu alət “OpenAI”nin əvvəlki “Operator” və “Deep Research” xidmətlərinin funksiyalarını birləşdirir. O, çatbota internetdə axtarış aparmaq, mətn daxil etmək, klikləmək və ətraflı onlayn araşdırmalar aparmaq imkanı verir.

Şirkətin məlumatına görə, agentdə risklərin azaldılması üçün tədbirlər, məsələn, maliyyə və ya hüquqi tapşırıqları yerinə yetirməkdən imtina və alış-veriş kimi müəyyən hərəkətlər üçün istifadəçidən icazə tələb olunması nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM