satellite   Azerspace-1: 11135 H 30000

İtaliyanın bir neçə şəhərində hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verilib

İtaliyanın bir neçə şəhərində hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verilib

İtaliyada müşahidə olunan anomal istilərə görə bəzi bölgələrdə narıncı hava xəbərdarlığı erilib.

NTV xəbər verir ki, Səhiyyə Nazirliyi paytaxt Roma, eləcə də Palermo, Peruccia, Bari, Kalyari və Kampobassoda narıncı xəbərdarlıq elan edib.

Temperaturun artması ilə əlaqədar xroniki xəstələrə və həssas insanlara xəbərdarlıq olunub. Ürək xəstələrinə xüsusilə diqqətli olmaları tövsiyə edilib. Əhaliyə kölgə yerlərdə qalmaq, günvurmadan qorunmaq tövsiyə olunub.

Bəzi bölgələrdə havanın temperaturunun 40 dərəcəyə çatacağı gözlənilir. Eyni zamanda, ölkə üzrə günvurma şikayəti ilə müraciət edənlərin sayı artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM