satellite   Azerspace-1: 11135 H 30000

Kamçatka yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib

Kamçatka yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib

Seysmoloqlar şənbə günü Sakit okeanda, Kamçatkanın (Rusiya) cənubunda baş verən 5,8 maqnitudalı zəlzələ qeydə alıblar.

NTV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialı məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 268 km cənub-qərbdə, dənizin dibinin 64 km dərinliyində yerləşib.

Geofiziklərin fikrincə, Petropavlovsk-Kamçatskidə bu zəlzələ 3 bala qədər güclə hiss edilə bilərdi. Sunami təhlükəsi elan olunmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM