satellite   Azerspace-1: 11135 H 30000

Kasım-Jomart Tokayev: Qazaxıstan Avrasiyanın logistika mərkəzinə çevrilməlidir

Kasım-Jomart Tokayev: Qazaxıstan Avrasiyanın logistika mərkəzinə çevrilməlidir

Qazaxıstan Avrasiyanın logistika mərkəzinə (habına) çevrilməlidir, belə ki, bunun üçün zəruri potensial və böyük imkanlar mövcuddur.

NTV Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu açıqlamanı Respublika Günü münasibətilə keçirilən mərasimdə verib.

O qeyd edib ki, Dostık-Moyıntı dəmir yolunun ikinci xətti ötən ay istifadəyə verilib və bu, müstəqillikdən bəri bu sektorda tamamlanan ən böyük layihədir. Həmçinin bu il 13 min kilometrlik yol tikilib və təmir edilib.

“İndi Çin üzərindən yük daşımaq imkanımız var. Qlobal bazarlardakı qeyri-sabit vəziyyəti nəzərə alsaq, bu, əhəmiyyətli bir nailiyyət hesab edilə bilər. Hava nəqliyyatında da mühüm uğurlar əldə etmişik. Bu il Asiya və Avropanın böyük şəhərləri də daxil olmaqla 36 yeni hava yolu açılıb. Lakin bu sektor daha da gücləndirilməlidir. Bundan əlavə, hava nəqliyyatı ilə yükdaşımaları (karqo) sistemi təkmilləşdirilməlidir”, - deyə Tokayev vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM