satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Silahlı Qüvvələrinə yerli istehsal olan “Altay” tankının ilk buraxılışı təqdim ediləcək

Türkiyə Silahlı Qüvvələrinə yerli istehsal olan “Altay” tankının ilk buraxılışı təqdim ediləcək

Türkiyə istehsalı olan “Altay” tankının ilk buraxılışı oktyabrın 28-də keçiriləcək mərasimdə ölkənin Silahlı Qüvvələrinin komandanlığına təqdim olunacaq. Tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

NTV xəbər verir ki, təntənəli mərasim Ankaranın Kahramankazan rayonunda yerləşən “BMC” şirkətinin yeni zirehli texnika istehsalı müəssisəsində keçiriləcək.

Paytaxtın həmin rayonunda tank mühərriklərinin hazırlanması da təşkil olunub və bu məqsədlə “BMC Power” adlı törəmə müəssisə yaradılıb. “Altay”ın Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının əsas döyüş tankına çevriləcəyi gözlənilir.

Türkiyə mediasının məlumatına görə, cari ilin sonunadək Silahlı Qüvvələr “Altay” T1 modifikasiyalı üç seriyalı tank alacaq, 2026-cı ildə – 11, 2027-ci ildə – 41, 2028-ci ildə isə daha 30 ədəd tankın təhvil verilməsi planlaşdırılır. Beləliklə, 2028-ci ilədək Türkiyə Silahlı Qüvvələrinin arsenalı ümumilikdə yerli istehsal olan 85 ədəd tankla zənginləşəcək.

Sonrakı illərdə isə yerli “Batu” mühərriki ilə təchiz olunmuş “Altay” T2 modifikasiyalı əlavə 165 ədəd tankın istehsalının təşkil edilməsi nəzərdə tutulur.

Beləliklə, yaxın illərdə Türkiyə istehsalı olan seriyalı tankların ümumi sayı 250-yə çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM