satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə MN hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı açıqlama yayıb

Türkiyə MN hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı açıqlama yayıb

"İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib".

NTV xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

"Sursatın bəzi qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır.

Həmçinin qeyd olunur ki, Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqlara riayət olunması hər kəsin maraqlarına uyğundur", - məlumatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM