Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu texniki nasazlıq səbəbindən helikopterin qəzaya uğraması nəticəsində həlak olub.
NTV TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ərəb dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyi martın 9-da ölkə ərazisində öz milli vəzifə borclarını yerinə yetirərkən texniki nasazlıq səbəbindən baş vermiş helikopter qəzasında silahlı qüvvələrin iki hərbi qulluqçusunun həlak olması barədə məlumat verir”, – deyə qurumun “X” sosial şəbəkəsində bildirilib.
Hadisənin əlavə təfərrüatları açıqlanmır.
