satellite   Azerspace-1: 11135 H 30000

Livanda parlament seçkiləri təxirə salınıb

Livanda parlament seçkiləri təxirə salınıb

Livanda parlament seçkiləri iki il təxirə salınıb.

NTV Livanın NNA xəbər agentliyinə istinadla bildirir ki, bu barədə qərar parlamentdə Baş nazirin və hökumət üzvlərinin də qatıldığı iclasda qəbul edilib.

Qeyd edək ki, Livanda parlament seçkilərinin cari ilin may ayında keçirilməsi planlaşdırılırdı. Seçkilərin təxirə salınması məsələsi son hərbi gərginlikdən əvvəl də siyasi dairələrdə müzakirə olunurdu. Buna səbəb seçki qanunu ilə bağlı daxili fikir ayrılıqları, xüsusilə də xaricdə yaşayan vətəndaşların səsverməsi üçün nəzərdə tutulan 16-cı seçki dairəsi məsələsi ətrafında yaranmış mübahisələrdir.

Bununla yanaşı, Qərb dairələrinin də seçkilərin təxirə salınmasını tövsiyə etdiyi bildirilir. Qeyd olunur ki, hazırkı mərhələdə əsas prioritet ölkədə qeyri-qanuni silahların dövlətə təhvil verilməsi prosesinin həyata keçirilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM