satellite   Azerspace-1: 11135 H 30000

İsraildə döyüşlər başlayandan bəri 140 mənzil zədələnib

İsraildə döyüşlər başlayandan bəri 140 mənzil zədələnib

İsraildə hərbi əməliyyatların başlanmasından bu yana ölkə üzrə dövlət mənzil fonduna məxsus təxminən 140 mənzil zədələnib.

NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Tikinti və Mənzil Nazirliyi məlumat yayıb. Bildirilib ki, fevralın 28-dən baş verən hadisələr nəticəsində zədələnmiş mənzillərdən dördü tamamilə dağılıb, digərləri isə müxtəlif dərəcələrdə zərər görüb.

Nazirlik zərərçəkmiş sakinlərin qısa müddətdə evlərinə qayıtmasını təmin etmək məqsədilə təcili maliyyə vəsaiti ayırıb və bərpa işlərinə başlayıb.

Məlumata görə, artıq təxminən 60 mənzildə yenidənqurma və təmir işlərinə start verilib. Nazirlik sakinlərin bir neçə həftə ərzində evlərinə qaytarılmasının planlaşdırıldığını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM