Serbiya hökuməti fövqəladə iclasda neft və neft məhsullarının ixracını müvəqqəti olaraq qadağan etmək qərarına gəlib.
NTV xəbər verir ki, Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin məlumatına görə, dizel yanacağı və benzini də əhatə edən məhdudiyyət martın 19-dək qüvvədə olacaq. Bu qadağanın mahiyyətinin daxili bazarı dünya bazarındakı qlobal qıtlıqdan və qiymət artımlarından qorumaq olduğu bildirilir. Serbiya Prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, ölkənin benzin və dizel ehtiyatları 90 gün ərzində kifayət edəcək.
Macarıstan hökuməti də neft qiymətlərinin kəskin artması səbəbindən 95 oktanlı benzin və dizel yanacağı ixracını qadağan etməyi qərara alıb. Bu barədə ölkənin iqtisadiyyat naziri Marton Nad sosial mediada bildirib.
