satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan referendumla bağlı xaricdəki 11 məntəqəni bağlayıb

Qazaxıstan referendumla bağlı xaricdəki 11 məntəqəni bağlayıb

Yaxın Şərqdə gərginləşən hərbi və siyasi vəziyyətlə əlaqədar olaraq Qazaxıstanın 10 ölkədəki 11 seçki məntəqəsinin fəaliyyəti dayandırılıb.

NTV xəbər verir ki, bu barədə agentliyin rəsmi nümayəndəsi Erlan Jetıbayev brifinqdə bildirib.

Qazaxıstanın İran, İsrail, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Livan, Küveyt, Ukrayna və Efiopiyadakı səfirliklərində, eləcə də Dubaydakı baş konsulluğunda seçki məntəqələrinin fəaliyyəti dayandırılıb. Buna görə də referendum zamanı cəmi 54 ölkədə 71 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, xaricdəki seçicilərin ümumi sayı 14230 nəfər olacaq. “On beynəlxalq və regional təşkilatdan, xarici ölkələrin 27 mərkəzi seçki komissiyasından, eləcə də Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusdan 336 beynəlxalq müşahidəçinin referendumda iştirak etməsinə icazə verilməsi planlaşdırılır. Bununla yanaşı, 31 ölkədən 68 xarici media orqanının 185 nümayəndəsinin referendumu işıqlandırması nəzərdə tutulur”, - deyə Erlan Jetıbayev bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM