satellite   Azerspace-1: 11135 H 30000

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

Bu ilin əvvəlində Çinin neft idxalının kəskin artması Yaxın Şərqdə gərginlik və qlobal təchizat riskləri fonunda bu ölkənin ehtiyatlarını gücləndirib.

NTV xəbər verir ki, çərşənbə axşamı açıqlanan gömrük məlumatlarına görə, Çin yanvar və fevral aylarında 96,93 milyon ton neft idxal edib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 15,8 faiz çoxdur. Lakin “South China Morning Post” qəzetinin məlumatına görə, bu idxalın dollar dəyəri illik müqayisədə 5,2 faiz azalıb.

“Çin bu ilin əvvəlində ABŞ-nin İrana zərbə endirəcəyini gözlədiyi üçün neft və qaz ehtiyatları yığırdı”, -deyə “Economist Intelligence Unit”in baş analitiki Çim Li bildirib. O əlavə edib: “Bu, 2025-ci ildə gördüyümüz rekord inventar yığımının davamı idi. Yaxın Şərq neftindən yüksək asılılığına baxmayaraq, Çin potensial təchizat kəsintilərinə qarşı bufer təmin edən əhəmiyyətli bir ehtiyat toplayıb ki, bu da hazırkı idxal gücündən təxminən 120 gün çoxdur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM