satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada sosial şəbəkələrdə reklamlara görə məsuliyyətlə bağlı xəbərdarlıq edilib

Rusiyada sosial şəbəkələrdə reklamlara görə məsuliyyətlə bağlı xəbərdarlıq edilib

Rusiya Federal Antiinhisar Xidməti (FAS) bəyan edib ki, ölkə daxilində çıxışı məhdudlaşdırılan bir sıra internet platformalarında reklam yerləşdirmək reklam qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilər.

NTV xəbər verir ki, bu barədə idarənin media açıqlamasında deyilir. FAS xatırladıb ki, Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən informasiya resurslarında, eləcə də girişi məhdud olan saytlarda reklamın yayılmasına yol verilmir.

Departament izah edib ki, Roskomnadzor bir sıra sosial platforma və xidmətlərə, o cümlədən “Instagram” və “Facebook”, “YouTube” videohostinqi, VPN xidmətləri, həmçinin “Telegram” və “WhatsApp” messencerlərinə məhdudiyyətlər tətbiq etdikdən sonra bu resurslarda reklamların yerləşdirilməsi qanun pozuntusu əlamətlərini ehtiva edə bilər. FAS qeyd edib ki, bu cür pozuntulara görə həm reklamçılar, həm də reklam distribüterləri məsuliyyətə cəlb oluna bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM