satellite   Azerspace-1: 11135 H 30000

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

ABŞ-Azərbaycan münasibətlərini ən yüksək nöqtəyə çatdıran administrasiyanın bir hissəsi olmaq da şərəfdir. NTV-nin məlumatına görə, bu sözləri ABŞ ticarət katibinin sənaye və təhlükəsizlik üzrə müavini Ceffri Kessler ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“İndi iki ölkə arasındakı münasibətlər əvvəlkindən daha güclüdür. Təkcə son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb. Bu yolda davam etmək üçün sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”,- deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM