“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.
NTV xəbər verir ki, bu gün saat 09:00-dan 12:00-dək, ümumilikdə, 34 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub. Təxliyə olunanlar arasında 29 Çin, 3 Pakistan, 3 Azərbaycan və 2 Avstraliya vətəndaşı var.
Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Təxliyə prosesi mərhələli şəkildə davam etdirilir.
