satellite   Azerspace-1: 11135 H 30000

Türkiyəyə məxsus 15 gəmi Hörmüz boğazında gözləmə vəziyyətindədir

Türkiyəyə məxsus 15 gəmi Hörmüz boğazında gözləmə vəziyyətindədir

Türkiyəyə məxsus 15 gəmi Hörmüz boğazında gözləmə vəziyyətindədir. Hazırda gəmilərlə bağlı problem yoxdur.

NTV xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Bölgədəki vəziyyət səbəbindən Körfəz ölkələrinə tətbiq olunan və martın 13-dək davam edəcəyi bildirilən uçuş məhdudiyyətləri barədə danışan nazir bunun hadisələrin gedişatından asılı olduğunu deyib. “İranda qalan “Pegasus Airlines” və “Türk Hava Yolları” şirkətlərinə məxsus təyyarələr var. Onların ekipajlarını iki təyyarə ilə geri gətirdik. Vəziyyətin gedişatından asılı olaraq həmin təyyarələrin də geri gətirilməsi gündəmdə olacaq”, - deyə o diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM