satellite   Azerspace-1: 11135 H 30000

Astana, Bakı və Daşkənd Avropaya enerji körpüsü qurur

Astana, Bakı və Daşkənd Avropaya enerji körpüsü qurur

Qazaxıstan parlamenti Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında “Yaşıl enerjinin istehsalı və ötürülməsi üzrə strateji tərəfdaşlıq Sazişi”ni təsdiqləyib.

NTV Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, bu sənəd dövlət başçıları tərəfindən 13 noyabr 2024-cü il tarixində Bakıda keçirilən COP-29 konfransı çərçivəsində imzalanıb.

Layihə Qazaxıstanı Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi”nin yaradılmasını nəzərdə tutur. Əsas elementlərdən biri Xəzər dənizinin dibi ilə Qazaxıstan və Özbəkistandan Azərbaycana yüksəkgərginlikli, dərin dəniz, sabit cərəyan (DC) kabelinin çəkilməsidir. Sonradan oxşar Qara dəniz layihəsi vasitəsilə Avropaya enerji ixracı həyata keçiriləcək. Saziş, həmçinin yaşıl ammonyak və hidrogeni əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM