Qərbi Gürcüstanın Tkibuli bələdiyyəsinin Kurseb kəndinin ərazisində torpaq sürüşməsi baş verib.
NTV xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Bildirilib ki, sürüşmə ilə əlaqədar Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri yolunun 6-cı kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb və istiqamət dəyişdirilib.
Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, eləcə də müvafiq texnika hadisə yerinə səfərbər edilib, yerli əhali təhlükəsiz yerə təxliyə olunur.
Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
