satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan 10 minə yaxın vətəndaşını Yaxın Şərqdən çıxarıb

Qazaxıstan 10 minə yaxın vətəndaşını Yaxın Şərqdən çıxarıb

Qazaxıstanın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin köməyi ilə Yaxın Şərqdən 9926 qazaxıstanlı geri qaytarılıb.

NTV Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Türkmənistan sərhədindəki quru keçid məntəqələri vasitəsilə İrandan üç vətəndaş geri qaytarılıb. Təxliyənin başlanğıcından bəri Qazaxıstanın 69 vətəndaşı İrandan çıxarılıb. Bundan əlavə, İsraildən 68 vətəndaş təxliyə edilib.

Qazaxıstanın regiondakı diplomatik nümayəndəlikləri bu istiqamətdə səyləri yerində əlaqələndirməyə, həmvətənləri ilə daimi əlaqə saxlamağa və lazımi yardım göstərməyə davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM