Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi ilə İrana çatdırılması üçün Azərbaycana tibbi ləvazimatlar göndəriləcək.
NTV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilib ki, humanitar yardımın çatdırılması Rusiya Prezidenti Vladimir Putinin göstərişlərinə uyğun olaraq və bu ölkənin fövqəladə hallar naziri Aleksandr Kurenkovun göstərişi ilə nazirliyin aviasiyası tərəfindən təşkil edilib.
Tibbi ləvazimatlar İran İslam Respublikası hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil verilməsi üçün Azərbaycana çatdırılacaq.
Humanitar yardım 13 ton tibbi ləvazimatlardan ibarətdir.
