satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə MN: İncirlikdə Amerika əsgərlərinin olması oranın ABŞ bazası olduğu anlamına gəlmir

Türkiyə MN: İncirlikdə Amerika əsgərlərinin olması oranın ABŞ bazası olduğu anlamına gəlmir

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) İncirlikdə Amerika əsgərlərinin olmasının onun Amerika bazası olduğu anlamına gəlmədiyini bəyan edib.

NTV xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilib.

"İncirlik bir Türk bazasıdır. Əskişəhərdəki Müharibə Hava Qüvvələri Komandanlığımıza tabe olaraq fəaliyyət göstərən 10-cu Əsas Reaktiv Baza Komandanlığımız Adana İncirlikdə yerləşir. 10-cu Əsas Reaktiv Baza Komandanlığımızda F-16 filomuz, Tanker filomuz və PUA-larımız mövcuddur. Üzərindəki bütün təsisləri ilə birlikdə mülkiyyəti Türkiyə Cümhuriyyətinə məxsusdur. Baza komandanı Türk Briqada Generalımızdır. Orada Amerika əsgərlərinin olması onun ABŞ bazası olduğu mənasına gəlmir. Orada, həmçinin İspaniya, Polşa və Qətər hərbi heyəti də mövcuddur", - bəyanatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM