satellite   Azerspace-1: 11135 H 30000

Çin və Şimali Koreya arasında sərnişin qataralarının hərəkəti bərpa olunub

Çin və Şimali Koreya arasında sərnişin qataralarının hərəkəti bərpa olunub

Çin ilə Şimali Koreya arasında 6 illik fasilədən sonra sərnişin qataralarının hərəkəti bərpa olunub.

NTV xəbər verir ki, ilk qatar yerli vaxtla martın 12-də saat 10-da Çinin şimal-şərqindəki Liaonin əyalətinin Dandon şəhərindən yola düşüb. Beş vaqondan ibarət qatar cədvəl üzrə yerli vaxtla saat 18:07-də Şimali Koreyanın paytaxtı Pxenyana çatmalıdır.

Dandon şəhərinin sərhəd-keçid məntəqəsinin müfəttişi Son Pin bildirib ki, qatardakı sərnişinlərin sərhəd-gömrük proseduru yarım saat çəkir.

Çin Dövlət Dəmir Yolu Qrupundan verilən məlumata görə Dandon-Pxenyan sərnişin qatarları hər iki istiqamətdə gündəlik əsasda, Pekin-Pxenyan qatarları isə həftədə 4 dəfə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Çin ilə Şimali Koreya arasında sərnişin qatarlarının fəaliyyəti COVID-19 virusunun yayılmağa başladığı dövrdə - 2020-ci ilin yanvarında dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM