satellite   Azerspace-1: 11135 H 30000

Parisdə Makron-Zelenski görüşü gözlənilir

Parisdə Makron-Zelenski görüşü gözlənilir

Cümə günü Parisdə Emmanuel Makronla ukraynalı həmkarı Volodimir Zelenskinin görüşü gözlənilir.

NTV xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Fransa Prezidentinin administrasiyasının məlumatına görə, tərəflər davamlı sülh üçün mümkün şərtləri və Ukraynanın müttəfiqlərindən ibarət koalisiyanın öhdəliklərini müzakirə edəcəklər.

Ukraynanın 35 müttəfiq ölkəsini birləşdirən bu koalisiya fevralın 24-də “şərtsiz atəşkəs” çağırışı etmiş və yanvar ayında sülh razılaşması əldə olunacağı təqdirdə Ukraynada çoxmillətli qüvvənin yerləşdirilməsi barədə razılığa gəlmişdi. Bu mexanizmin nəzarətinin isə ABŞ tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, ABŞ mart ayı ərzində Kiyev və Moskva arasında yeni danışıqlar mərhələsinin keçirilməsini təklif edib. Volodimir Zelenskinin sözlərinə görə, ABŞ vasitəçiliyi ilə baş tuta biləcək bu görüş İsveçrə və ya Türkiyədə təşkil oluna bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM