satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır

Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.

NTV xəbər verir ki, bu fikri Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə səsləndirib. “Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz bu məntiqlə müstəqil dövlət qura bilmərik. Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”, - deyə o bildirib.

Paşinyan vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün səssiz və sakit diplomatik işlər aparılır. “Bu müqavilənin imzalanacağına şübhə etmirəm. Ermənistanda sülh əldə olunmasını istəməyən qüvvələr var. Biz, Ermənistan vətəndaşları sülhün qayğısına qalmalı və onu dönməz hala gətirməliyik”, - deyə Baş nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM