satellite   Azerspace-1: 11135 H 30000

ABŞ strateji ehtiyatından 172 milyon barel neft ayıracaq

ABŞ strateji ehtiyatından 172 milyon barel neft ayıracaq

ABŞ Energetika Nazirliyi çərşənbə günü bildirib ki, Yaxın Şərq müharibəsi neft qiymətlərində sabitliyi pozduğu üçün gələn həftədən etibarən strateji ehtiyatından 172 milyon barel neft buraxacaq.

NTV nazirliyin “X” sosial platformasındakı paylaşımına istinadla xəbər verir ki, neftin buraxılması planlaşdırılan axıdılma dərəcələrinə əsasən təxminən 120 gün çəkəcək.

Paylaşımda, həmçinin İran Amerikanın və müttəfiqlərinin enerji təhlükəsizliyini manipulyasiya və təhdid etməkdə ittiham olunub.

Prezident Donald Tramp çərşənbə günü bildirib ki, İranla müharibə zamanı artan neft qiymətlərini azaltmaq üçün ABŞ-nin strateji neft ehtiyatından istifadə edəcək. Amerika lideri Sinsinnati bölgəsinə səfəri zamanı yerli televiziya kanalı WKRC-yə verdiyi müsahibədə deyib. “ Biz bunu edəcəyik və qiymətləri aşağı salacağıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM